Şəkidə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.
Bizim.Media xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Heydər Əliyev prospektində baş verib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda maşın uşağı vurdu
Şəki sakini Ülkər Atakişiyeva 2019-cu il təvəllüdlü oğlu Ümid Atakişiyevanı uşaq arabası ilə yoldan keçirərkən "Opel" markalı avtomobil onları vurub. Nəticədə ana və azyaşlı oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.(report)
Bizim.Media