Subsidiyalar fermerin əlindən necə alınır? – Yeni TƏKLİF VAR

Subsidiyalar fermerin əlindən necə alınır? – Yeni TƏKLİF VAR

Hazırda oxunan: Subsidiyalar fermerin əlindən necə alınır? – Yeni TƏKLİF VAR

26224

Dövlət tərəfindən aqrar sektorun inkişafı üçün atılan addımlardan biri də bəzi məhsulların istehsalına görə subsidiyaların ayrılmasıdır. Subsidiya qaydaları ilə bağlı müxtəlif illərdə müxtəlif yeniliklər tətbiq edilsə də, bu qaydalar heç də bütün fermerləri qane etmir. Tətbiq olunan qaydalar dövlət tərəfindən ayrılan vəsaitin xərclənməsində səmərəliliyi azaldır. Kənd təssərrüfatının inkişafı üçün ayrılan vəsaitin bir qismi isə müəyyən qrupun “yeminə” çevirilir. 

Ayrılan subsidiyaların səmərəliliyini necə artırmaq olar?

İqtisadçı Akif Nəsirli Bizim.Media-ya açıqlamasında qaydaların fermerlərə yaratdığı problemləri sadalayıb, onlar aradan qaldırılarsa, ayrılan dövlət yardımının daha effektiv xərclənə biləcəyini deyib:
 

MÖVZU İLƏ BAĞLI:

Nar bağlarının hər hektarına 5000, zeytuna isə 4900 manat ödəniləcək


1. Qaydaya görə, bütün fermerlər elektron formada qeydiyyatdan keçməlidirlər. 

ŞƏRH: Amma heç də onların hamısı bunu bacarmır. Bu amil onların bir qisminin kənarda qalmasına səbəb olur.

2. Subsidiyalar vaxtında verilmir. 

ŞƏRHİ: Əkin subsidiyası payızda lazım olduğu halda növbəti ilin yazında verilir – Fermer üçün maliyyə ilinin yanvar ayından başlanması vacib deyil. Mövsümə uyğunlaşdırma aparılmalıdır.

3. Subsidiyalar kartlar vasitəsilə verilir, fermerlər onun yalnız 25 faizini nağdlaşdıra bilir.

Məbləğin 75 faizi isə nağdsız istifadə üçün nəzərdə tutulur. 

ŞƏRHİ: Amma nağdsız formada aqrar məhsulların satışı ilə isə yalnız bir qrup şirkət məşğul olur. Yəni fermer məcbur edilir ki, hansısa şirkətin satdığı herbisiti və ya toxumu alsın. Halbuku, həmin herbisit açıq bazarda daha keyfiyyətli və daha ucuzdur. Hesab edirəm ki, fermerlərə vəsait nağd formada verilməlidir və vəsaitin idarə oluhnmasına müdaxilə olunmamalıdır. Bu idxal monopoliyasını da aradan qaldırar. 

4. Subsidiyaların həcmi kifayyət qədər deyil.

5. Fermerə əkinlə bağlı diqtə edilir.

ŞƏRHİ: Bu da problem yaradır. Yəni subsidiya xüsusi olaraq hansısa məhsula görə verilməyə bilər. Fermerə azadlıq verilməlidir ki, o istədiyi məhsul əkə bilsin. Məsələn, fındıq bağlarına subsidiya ayrılması ilə bağlı qərar qəbul olundu, bağların sahəsi 70 min hektara qədər artırıldı, sonra bəlli oldu ki, fındığın yerinə badam əkilsə idi, daha çox gəlir əldə olunardı. Məcburiyyət olamasa idi, heç olmasa 10-15 min hektarda badam əkiləcəkdi. Yəni diqtə etməklə şaxələnmənin qarşısını alırıq. Bundan həm fermer, həm kənd təssərrüfatı sektoru və ümumiyyətlə iqtisadiyyat zərər çəkir.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO