Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

Hazırda oxunan: Müəllimi təhdid edən direktora töhmət verildi – RƏSMİ

262087

Paytaxtdakı 201 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.

Bu barədə Bizim.Media-ya BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb.

Monitorinq nəticəsində bir sıra nöqsanlar aşkar edilib.

Əmək funksiyası üzrə vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direkoru Əliyeva Afaq Asif qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tədbirinin tətbiq ediləcəyi nəzərə çatdırılıb.

Qeyd edək ki, təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
 

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə 201 nömrəli tam orta məktəbinin direktoru Afaq Əliyevanın dərs bölgüsü zamanı müəllimlər arasında şəxsi ambisiyaları naminə ayrı-seçkilik etdiyini iddia edən şikayətlər paylaşılmışdı.


Afaq Əliyeva müəllimdən keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyini tələb edib. Müəllim buna etiraz etdiyi üçün direktor onu hədələyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO