Bakının Nərimanov rayonunda baş vermiş qətl hadisəsinin bəzi təffərüatları məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə şahidlərinin verdiyi məlumata görə, qətlə səbəb sürücülərdən birinin digərinə yol verməməsi olub.
Nəticədə sürücülər arasında əlbəyaxa dava yaranıb.
***
Bakının Nərimanov rayonunda qətl hadisəsi baş verib.
Bizim.Media apa-ya istinadla xəbər verir ki, hadisə Aşıq Molla Cümə küçəsində törədilib.
45 yaşlı Məmmədov Səxavət Səfər oğlu Azərbaycan Avtomobil Federasiyasına məxsus "Mercedes" markalı yük avtomobili ilə hərəkətdə olan zaman 90-FZ-409 dövlət qeydiyyat nişanlı "Chevrolet" markalı avtomobilin sürücüsü onun qarşısını kəsib.
MÖVZU İLƏ BAĞLI:
Mingəçevir sakinini döyə-döyə öldürən şəxs həbs edildi
"Chevrolet"in sürücüsü və sərnişini S.Məmmədovu döyüb. O, aldığı zərbələrdən hadisə yerində dünyasını dəyişib.
Hadisəni törədənlər öz avtomobillərini küçədə qoyaraq ərazidən uzaqlaşıblar.
Əraziyə Nərimanov Rayon Prokurorluğu və Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Bizim.Media