Könüllü tibbi sığorta şəhadətnaməsinin tətbiqi qaydaları müəyyənləşdi

Könüllü tibbi sığorta şəhadətnaməsinin tətbiqi qaydaları müəyyənləşdi

Hazırda oxunan: Könüllü tibbi sığorta şəhadətnaməsinin tətbiqi qaydaları müəyyənləşdi

26143

Nazirlər Kabineti “Könüllü tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydaları”nı təsdiq edib.

Bizim.Media xəbər verir ki, qaydalara əsasən, könüllü tibbi sığorta şəhadətnaməsi – sığortaolunana yaşayış yerindən asılı olmayaraq Azərbaycan Respublikasının bütün ərazisində, habelə Azərbaycan Respublikası ilə tibbi sığorta sahəsində müqavilə bağlayan digər dövlətin ərazisində Tibbi Sığorta Proqramında göstərildiyindən az olmayan həcmdə tibbi yardım almağa təminat verən sənəddir.
 

MÖVZU İLƏ BAĞLI:

Sosial sığorta şəhadətnaməsi ləğv olunur - Prezident təsdiqlədi 


Könüllü tibbi sığorta şəhadətnaməsi sığortaçı tərəfindən hər bir sığortaolunana könüllü tibbi sığorta müqaviləsi ilə müəyyən edilmiş qaydada verilir.

Könüllü tibbi sığorta şəhadətnaməsi vahid formada təsdiq edilir və Azərbaycan Respublikasının ərazisində qüvvəyə minir. Sığortaolunanlar tibbi yardım üçün tibb müəssisələrinə müraciət etdikdə könüllü tibbi sığorta şəhadətnaməsi ilə birlikdə şəxsiyyəti təsdiq edən sənədi təqdim etməlidirlər.

Sığortaolunan könüllü tibbi sığorta şəhadətnaməsini itirdikdə bu barədə sığortaçıya rəsmi surətdə xəbər verməlidir.

İtirilmiş könüllü tibbi sığorta şəhadətnaməsinin əvəzinə sığortaçı sığortaolunana şəhadətnamənin dublikatını verməlidir.

Qeyd edək ki, yeni qaydalarla əlaqədar “Tibbi sığorta şəhadətnaməsinin forması və onun tətbiqi Qaydalarının təsdiq edilməsi haqqında” qərar ləğv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO