SON DƏQİQƏ: Qarabağda yanğının söndürülməsinə 2 helikopter CƏLB OLUNDU - FOTO / VİDEO

SON DƏQİQƏ: Qarabağda yanğının söndürülməsinə 2 helikopter CƏLB OLUNDU - FOTO / VİDEO

Hazırda oxunan: SON DƏQİQƏ: Qarabağda yanğının söndürülməsinə 2 helikopter CƏLB OLUNDU - FOTO / VİDEO

261221

Ağdam və Ağdərədə davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb edilib.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, Ağdam rayonunun Əliağalı, Yeni Qaralar və Ağdərə rayonunun Sırxavənd kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin qüvvələri cəlb olunub.


Yanğının daha geniş sahəyə yayılmasının qarşısını almaq və söndürülməsi işlərini sürətləndirmək məqsədilə əraziyə Aviasiya dəstəsinin iki ədəd helikopteri, Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam edir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO