Bakıda yaxın qohumunu bıçaqlamaqda təqsirləndirilən Arzuman Əsədovun cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən sonuncu prosesdə məhkəmə istintaqının yekunlaşmağı elan edildikdən sonra dövlət ittihamçısı təqsirləndirilənin 8 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif edib.
Müşavirədən sonra hökm elan edilərək Arzuman Əsədova 4 il 6 ay sınaq müddəti olmaqla şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə 2024-cü il oktyabrın 28-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.
Belə ki, Arzuman İsmayıl oğlu Əsədovla tanışı Ramo Rövşən oğlu Əliyev arasında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı Arzuman Əsədov bıçaqla Ramo Əliyevin bədəninin müxtəlif nahiyələrindən bir neçə dəfə qəsdən vuraraq xəsarətlər yetirib.
Fakta görə cinayət işi başlanıb, Arzuman Əsədov şübhəli şəxs qismində tutulub.
Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq ittiham irəli sürülüb. Arzuman Əsədov barəsində həbs qətimkan tədbiri seçilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:55 / 16.07.2025
Qohumuna beş bıçaq zərbəsi vuran şəxs məhkəmə zalından AZADLIĞA ÇIXDI
Hazırda oxunan: Qohumuna beş bıçaq zərbəsi vuran şəxs məhkəmə zalından AZADLIĞA ÇIXDI
Hazırda oxunan: Qohumuna beş bıçaq zərbəsi vuran şəxs məhkəmə zalından AZADLIĞA ÇIXDI
260259
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.