Müasir dövrün səssiz epidemiyası – Bu allergiya növü öldürücüdür!

Müasir dövrün səssiz epidemiyası – Bu allergiya növü öldürücüdür!

Hazırda oxunan: Müasir dövrün səssiz epidemiyası – Bu allergiya növü öldürücüdür!

259771

Allergiya dünyada ən çox yayılmış və ən az əhəmiyyət verilən xəstəliklərdəndir. Dünyada hər 3 nəfərdən birində allergiyanın hansısa növü var. Havanın tozlanmasından, heyvan tüklərinə, qida çeşidlərinə qədər çoxsaylı insanın əziyyət çəkdiyi bu xəstəlik səssiz epidemiya kimi yayılıb, getdikcə artır. Hətta Avropada uşaqların və yaşlıların rasionundan qoz, fındıq və fıstığın çıxarılması tələb olunur. Çünki allergiya qorxulu xəstəlik kimi görünməyə bilər, amma əslində anafilaktik şoka və ölümə gətirəcək qədər təhlükəlidir.

Son illər Azərbaycanda da sürətlə yayılan allergiya xüsusilə yay aylarında quru və təzə meyvələrin, tərəvəzlərin sayəsində daha da artır.
 

MÖVZU İLƏ BAĞLI:

Bu üsulla allergiyadan bir aya QURTULMAQ OLAR


Allerqoloq-immunoloq Xatirə Mehdiyeva Bizim.Media-ya bildirib ki, xüsusən də qoz-fındıq ləpəsindən yaranan allergiyalardan vətəndaşlar çox şikayət edirlər.

“Ötən il qoz-fındıq ləpəsindən kütləvi şəkildə müraciətlər olmuşdu. Sanki son illərdə insanların immunsistemi daha da zəifləyib. Halbuki insanlar 20-30 il öncəylə müqayisədə indi daha keyfiyyətli və balanslı qidalanmağa üstünlük verirlər. Güman ki, kimyəvi çirklənmə, dərman preparatlarına meyillilik insan orqanizmini daha da həssaslaşdırıb”.

Həkim diqqətə çatdırıb ki, adətən ləpəlilərdən birinə allergiya varsa, digərlərinə (badam, püstə, araxis, günəbaxan və s.) qarşı da allergiya olur. Hətta bu bitkilərdən alınan yağların qeyri-ərzaq məhsullarında (şampun, krem, təmizləyici vasitələr) az miqdarda olması belə allergiya yarada bilər. Buna çarpaz allergiya deyilir. Həmçinin qoz-fındıq allergiyası digər qida növləri ilə müqayisədə ömürlük qala bilir. Orqanizmin, xüsusən də bağırsaqların təmizlənməsinə baxmayaraq vücud bu qida növünü yanlış xatırladığına görə qəbuluna mane olur.

X.Mehdiyeva həmçinin xatırladıb ki, bəzən allergiyanı adi həssaslıqla qarışdırırlar.
 

“Allergiya ilə qıcıqlanma tez-tez səhv salınır. Əgər hər hansı qida növünün istehlakından dərhal sonra asqırma-öskürmə, ani dəri qızarıqlığı yaranırsa, bu, qıcıqlanma effektidir. Daha çox həssas orqanizmlərdə baş verir. Hər dəfə təkrarlanmaya bilər. Amma qida allergiyası daha ağır və keçməyən simptomlarla müşaiyət olunur”.


Mütəxəssis bildirir ki, istənilən halda həkimə müraciət etmək, ən azından narahatlıq yaradan həmin qidalardan uzaq durmaq lazımdır.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO