Bu gün İŞ YERLƏRİNDƏ fəaliyyət dayandırılacaq – Qanunu pozanları nə gözləyir? 

Bu gün İŞ YERLƏRİNDƏ fəaliyyət dayandırılacaq – Qanunu pozanları nə gözləyir? 

Hazırda oxunan: Bu gün İŞ YERLƏRİNDƏ fəaliyyət dayandırılacaq – Qanunu pozanları nə gözləyir? 

25974

Azərbaycanda anomal isti hava şəraiti hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti tərəfindən həftə ərzində hava şəraitinin insan səhhəti üçün ciddi təhlükə yarada biləcəyi açıqlanıb. 

Bu gündən başlayaraq havanın temperaturu Bakıda və Abşeron yarımadasında 40-42, Respublikanın rayonlarında 35-40, aran rayonlarında isə 42-44 dərəcəyədək yüksələcək.

Həftə ərzində Bakıda və Abşeron yarımadasında anomal isti, durğun hava şəraiti, zəif küləklərin üstünlüyü, gündüz güclü temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsizdir.
 

MÖVZU İLƏ BAĞLI:

Bu tarixlərdə tünd rəngdə geyinməyin - XƏBƏRDARLIQ 


Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, Əmək Məcəlləsinə görə, havanın temperaturu 41 dərəcədən çox olduqda və iş yerində temperaturu süni şəkildə azaltmaq mümkün olmadıqda işlər dayandırılmalıdır: 

“Bəzi iş yerlərində işin ahəngi elədir ki, orada işi dayandırmaq mümkün olmur. Bu cür hallarda işəgötürən elə tədbirlər görməlidir ki, işçilərin sağlamlığına ziyan dəyməsin. Süni kölgəlik yaratmalıdır, çətirlər qurmalıdır, işçiləri sərinləşdirici içkilər, xüsusi geyimlərlə təchiz etməlidir”.

Məcəllənin tələblərinin həyata keçirilməsinə gəlincə isə, Sahib Məmmədov deyir ki, hər il nazirliyin bu cür xəbərdarlıqlar etməsinə baxmayaraq, bunlar elə “havadan asılı qalır”:

Bunlar qanunvericiliyin tələbidir, amma heç kim buna əməl etmir. Müşahidə edirik ki, açıq havada temperaturun yüksək olduğu, hətta əlavə temperaturun yarandığı yerlərdə də işlər dayandırılmır. Nazirlik xəbərdarlıq edir, bununla da məsələ bitmiş olur. Dövlət Əmək Müfəttişliyi bu məsələyə nəzarət edə bilmir, çünki onların yoxlamaq statusu yoxdur”.

Hüquq müdafiəçisi qeyd edib ki, Əmək Məcəlləsinin bu müddəası açıq havada, temperaturun süni sürətdə tənzimlənməsinin mümkün olmadığı bütün iş yerlərinə aiddir.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO