Azərbaycan bölməsində oğlanlar, rus bölməsində isə qızlar çoxdur

Azərbaycan bölməsində oğlanlar, rus bölməsində isə qızlar çoxdur

Hazırda oxunan: Azərbaycan bölməsində oğlanlar, rus bölməsində isə qızlar çoxdur

25935

Ötən il ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin 53.51%-ni (45221 nəfər) oğlanlar, 46.49%-ni (39291 nəfər) isə qızlar təşkil edib.

Bizim.Media-nın xəbərinə görə, bu barədə “Abituriyent” jurnalının 12-ci buraxılışında məlumat verilib.

Qeyd edilib ki, qəbul imtahanlarında iştirak edənlərin cinsi tərkibi əhalinin 15-19 yaş kateqoriyasındakı tərkibinə uyğundur.

Bölmələr üzrə ayrı-ayrılıqda ali təhsil müəssisələrinə ərizə verən abituriyentlərin cinsi tərkibinə nəzər saldıqda mənzərənin bir qədər fərqli olduğunu müşahidə edirik. Belə ki, Azərbaycan bölməsində oğlan abituriyentlərin (53.85%), rus bölməsində isə qız abituriyentlərin (50.33%) sayı daha çoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO