Nazirlik işdən çıxarılan süpürgəçi qadını nəzarətə götürdü

Nazirlik işdən çıxarılan süpürgəçi qadını nəzarətə götürdü

Hazırda oxunan: Nazirlik işdən çıxarılan süpürgəçi qadını nəzarətə götürdü

25922

Sosial şəbəkələrdə süpürgəçi işləyən qadının işdən çıxarılması bağlı məlumat yayılmışdır. 

Qadın kirayə pulunu ödəyə bilmədiyinə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinə yerləşdirilməsi üçün kömək istəyirdi.

Bizim.Media xəbər verir ki, nazirlik onun müraciətinə cavab verib. 

Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat yayaraq bildirib ki, həmin şəxslə bağlı məsələ agentlik tərəfindən nəzarətə götürülüb və araşdırılıb:

“Arzu xanım artıq agentliyin müvafiq müəssisəsinə yerləşdirilib. Burada onunla bağlı lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO