Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib - FOTO

Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib - FOTO

Hazırda oxunan: Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib - FOTO

25905

Vətən müharibəsindən sonra 100-cü şəhid övladı dünyaya gəlib. Şəhidimiz Vüqar Məmmədovun övladı Vüqarın zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.

Bizim.Media-ya fonddan verilən məlumata görə, “YAŞAT” Fondunun layihəsi çərçivəsində Vətən müharibəsindən sonra dünyaya gələn şəhid övladlarının zəruri xərcləri fond tərəfindən qarşılanır.

Bu məqsədlə 1000 AZN analara təqdim olunur və dünyaya yeni göz açan körpələrin adına 5000 AZN-lik hesab açılır. Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.

Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO