Ağdamın Xıdırlı kəndinə birinci mərhələdə 719 ailənin, ümumilikdə 2951 nəfərin köçürülməsi planlaşdırılır.
Bizim.Media xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi bildirib.
Onun sözlərinə görə, bu evlərdən 263-ü iki, 332-si üç, 121-i dörd, 3-ü isə beşotaqlıdır:
“Bundan başqa, kənddə zəruri müasir sosial infrastruktur, o cümlədən inzibati və xidmət binaları tikilib. Burada çoxfunksiyalı inzibati binanın, klub-icma mərkəzinin, tibb məntəqəsinin, təcili tibbi yardım bölməsinin, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evinin, məişət xidməti obyektinin, emalatxananın, tam orta məktəbin, körpələr evi-uşaq bağçasının inşası həyata keçirilib”.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:02 / 06.07.2025
Xıdırlı kəndinə birinci mərhələdə 719 ailə köçürüləcək - FOTO
Hazırda oxunan: Xıdırlı kəndinə birinci mərhələdə 719 ailə köçürüləcək - FOTO
Hazırda oxunan: Xıdırlı kəndinə birinci mərhələdə 719 ailə köçürüləcək - FOTO
258439
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.