309 596 Avro vəsaiti ölkədən çıxaran şirkət barədə tərtib edilmiş protokol təsdiq edilib.
Bizim.Media trend-ə istinadən xəbər verir ki, şirkət 14 aprel 2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 309 596.10 Avro məbləğində vəsaiti ölkə xaricinə çıxarıb.
Lakin ödənişin aparıldığı tarixdən iki il müddət keçməsinə baxmayaraq, vəsait hesabına alınan mallar (xidmət) ölkəyə idxal edilməyib və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmayıb.
Nəsimi rayon Məhkəməsinin qərarı ilə şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinib və barəsində inzibati xətanın bilavasitə obyekti olmuş 309 596.10 Avro valyuta vəsaiti məbləğinin iyirmi faizi miqdarında, yəni 61 919.22 Avro cərimə tətbiq edilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:43 / 05.07.2025
Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət CƏRİMƏLƏNDİ
Hazırda oxunan: Külli miqdarda vəsaiti ölkədən çıxaran şirkət CƏRİMƏLƏNDİ
258365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.