"Mahir Ay Brat" azadlığa buraxıldı

"Mahir Ay Brat" azadlığa buraxıldı

Hazırda oxunan: "Mahir Ay Brat" azadlığa buraxıldı

258175

Bir müddət əvvəl həbs edilən meyxanaçı "Mahir Ay Brat" ləqəbli Mahir Qonşuyev azadlığa buraxılıb.

Bizim.Media “Oxu.Az”a istinadən xəbər verir ki, məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünü əsas gətirərək ona yenidən elektron qolbaq tətbiq edib və məhkəmə zalından azad edib.

Qeyd edək ki, Mahir Qonşuyev 2023-cü ilin iyununda həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.
 

Bakı Ağır Cinayətlər Məhkəməsi 30 yanvar 2024-cü il hökmünə əsasən, Mahir Qonşuyev barəsində 1 il 8 ay müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq daşıma) cəzası təyin edilib. Meyxanaçı məhkəmə zalından azadlığa buraxılmışdı.


Bir müddət əvvəl isə Mahir Qonşuyev elektron qolbaq qaydalarını pozduğu üçün onun barəsindəki azadlığın məhdudlaşdırılması cəzası ləğv edilib və azadlıqdan məhrumetmə ilə dəyişdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO