FHN-dən qeyri-çimərlik ərazilərdən istifadə edənlərə MÜRACİƏT

FHN-dən qeyri-çimərlik ərazilərdən istifadə edənlərə MÜRACİƏT

Hazırda oxunan: FHN-dən qeyri-çimərlik ərazilərdən istifadə edənlərə MÜRACİƏT

258123

Fövqəladə Hallar Nazirliyi qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.

Bizim.Media xəbər verir ki, müraciətdə deyilir:

"Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.

Belə ki, yalnız son 2 həftə ərzində bu kimi qeyri-çimərlik ərazilərdə 7 nəfərin batması faktı qeydə alınıb.
 

Nəzərə alınmalıdır ki, çimərlik üçün nəzərdə tutulmayan kanal, arx, çay, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.


Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə, xüsusilə valideynlərə müraciət edərək, uşaq və yeniyetmələrin nəzarətsiz qoyulmamasına, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl edilməsinə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə olunmamasına çağırır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO