DİQQƏT: Protein tozları xərçəng riskini ARTIRIR

DİQQƏT: Protein tozları xərçəng riskini ARTIRIR

Hazırda oxunan: DİQQƏT: Protein tozları xərçəng riskini ARTIRIR

258078

Zülal tozları bağırsaq xərçəngi riskini artıra bilər. Son 30 ildə gənclər arasında yoğun bağırsaq (kolorektal) xərçəngi hallarında 80%-lik artım müşahidə olunub.

Bizim.Media xəbər verir ki, Mütəxəssislər bu narahatedici tendensiyanı qidalanma vərdişləri ilə, xüsusən də protein tozları və digər emal olunmuş əlavələrin geniş istifadəsi ilə əlaqələndirir.

Araşdırmalara görə, bu məhsulların tərkibindəki emulqatorlar və aromatizatorlar mədə-bağırsaq sisteminə mənfi təsir göstərir. Həkimlər bildirirlər ki, onlar bağırsaq divarını zəiflədir, faydalı bakteriyaların sayını azaldır və toksinlərin səviyyəsini artırır. Nəticədə, iltihab və xərçəng kimi ciddi sağlamlıq problemləri yaranır.

Mütəxəssislər zülal mənbəyi kimi daha çox təbii qidaların – yumurta, balıq, ət və paxlalıların istifadəsini tövsiyə edir. Eyni zamanda, idmanla məşğul olanların protein tozlarını seçərkən tərkibinə diqqət yetirmələri vacibdir. Təbii və əlavə maddələrsiz məhsullara üstünlük verilməsi xərçəng riskini azaltmağa kömək edə bilər. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO