"Sputnik Azərbaycan"ın əməkdaşları sərbəst buraxıldılar

"Sputnik Azərbaycan"ın əməkdaşları sərbəst buraxıldılar

Hazırda oxunan: "Sputnik Azərbaycan"ın əməkdaşları sərbəst buraxıldılar

258055

"Sputnik-Azərbaycan" işinə görə istintaqa cəlb olunan beş nəfər barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

Bizim.Media report-a istinadən xəbər verir ki, onlar Azərbaycan vətəndaşlarıdır.
 

Həmin şəxslər istintaqa cəlb olunub və izahatları alınıb, daha sonra sərbəst buraxılıblar.


Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyinin ləğv edildiyini bildirmişdi.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Polis bu səbəbdən "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində əməliyyat keçirib, direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov saxlanılıb.

Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 192.2.2 (küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 192.2.3 (mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (xeyli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib və Xətai rayon Məhkəməsində barələrində həbs qətimkan tədbiri seçilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO