Konstitusiya Məhkəməsinə 4 yeni hakim təyin ediləcək.
Bizim.Media unikal.az-a istinadən xəbər verir ki, təyin olunacaq hakimlərdən biri - Otari Qvaladze Konstitusiya Məhkəməsinin sabiq hakimi Rafael Qvaladzenin oğludur.
Qeyd edək ki, əslən Gürcüstandan olan hüquqşünas Rafael Qvaladze 1998-ci ildə Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib. Azərbaycan Prezidentinin 10 aprel 2025-ci il tarixli Sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib və Konstitusiya Məhkəməsinin hakimi vəzifəsindən təqaüdə yola salınıb.
Onun təqaüdə yola salınmasının səbəbi son yaş həddinə çatması olub.
Rafael Qvaladzenin oğlu Otari Qvaladze hazırda Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsində çalışır.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:14 / 03.07.2025
27 ildən sonra yerinə oğlu TƏYİN OLUNUR
Hazırda oxunan: 27 ildən sonra yerinə oğlu TƏYİN OLUNUR
Hazırda oxunan: 27 ildən sonra yerinə oğlu TƏYİN OLUNUR
258023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.