Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində su anbarında batan 2005-ci il təvəllüdlü Aliyə Həsənovanın meyiti sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, hadisə iyunun 13-də Şəmkir rayonunun Mehrili kəndi ərazisində yerləşən Şəmkirçay su anbarında baş verib. Rayonun Seyfəli kənd sakinləri - 2004-cü il təvəllüdlü Ümid İbrahimov, 2005-ci il təvəllüdlü Aliyə Həsənova və Fazil Həsənov həmin ərazidə istirahət edən zaman A.Həsənova suda batıb.
Ümid İbrahimov onu xilas etmək məqsədilə suya atılıb. Hər iki şəxs suda boğulub. (Apa.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:09 / 03.07.2025
Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı
Hazırda oxunan: Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı
Hazırda oxunan: Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı
258022
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.