“Toyların icazəsi təqdirəlayiqdir. Sadəcə sual yaranır – niyə ayın 1-dən? Niyə iyunun 22-dən yox? İyulun 1-ə kimi 800 toy ola bilərdi. Yağış yağmır, yaydır. İcazəni niyə ayın birinə sürüşdürürlər? İyulun 1-i koronavirusun rəsmi məzuniyyət günüdür?”
Bizim.Media xəbər verir ki, bu sözləri Ağ Partiyanın lideri Tural Abbaslı canlı yayımların birində səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bu tarixdən toylara icazə verildi - Nazirlər Kabinetinin QƏRARI
Partiya liderinin fikrincə, bu məntiqsizdir:
“Ayın 1-i nə olacaq ki, bu gün o yoxdur? Futbol oyunları bitib, Formula yoxdur. Niyə məhz iyulun 1-i? Deyilə bilər ki, guya restoranlar hazırlaşır, filan. Zatən restoranların hazırlıq bir şeyi yoxdur. Özünüz edəcəksiniz. Bu qərarı verməzdən öncə hazırlaşmamısınızsa bu da bir ayıb...
İkinci bir məsələ odur ki, açıq havada toylarla bağlı bir cümlə də yoxdur. Yazılıb 150 nəfər.
Məsələn mən rayon yerindəyəm və 1 hektar bağım var. Ora niyə 150 nəfər yığmalıyam?
Stadiona o gün 30 min adam yığışdı. Yəni insanlardan bəziləri ara məsafəsi qorumaqla 1500 nəfərlik toy etmək istəyə bilər. Bəlkə biri gedib stadionu danışacaq, bəlkə küçənin ortasında edəcək, sənə nə?”
Tural Abbaslının sözlərinə görə, toylarla bağlı qərar sovetdən qalma təfəkkürün məhsuludur.
Bizim.Media