Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2025” beynəlxalq təlimində ümumilikdə 75 hərbi təyyarə iştirak edir.
Bizim.Media xəbər verir ki, bunu Türkiyə Hava Qüvvələrinin (THQ) əməkdaşı Fetek Karakuş təlimlə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, təlimə THQ-nin 45, digər ölkələrin isə 30 hərbi təyyarəsi qatılıb:
"Azərbaycan isə iki "SU-25" təyyarəsi ilə təlimdə iştirak edir".
Qeyd edək ki, təlimdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı, İordaniya və NATO rəsmiləri iştirak edir.
Bundan başqa, Malaziya, Braziliya, Bolqarıstan, Mali və Nigeriya müşahidəçi qismində təlimi izləyir. Məqsəd ssenaridə, real müharibə şəraitində bütün iştirakçıların bilik, bacarıq və təcrübələrini bölüşmək və birləşmiş əməliyyatlar üçün təlim səviyyələrini artırmaqdır. (Report.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:22 / 03.07.2025
Azərbaycanın 2 hərbi təyyarəsi Türkiyədə təlimə qatılıb
Hazırda oxunan: Azərbaycanın 2 hərbi təyyarəsi Türkiyədə təlimə qatılıb
Hazırda oxunan: Azərbaycanın 2 hərbi təyyarəsi Türkiyədə təlimə qatılıb
257916
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.