Azərbaycanda mühafizəçi peşəsi üzrə hazırlıq kursu başlayır – ŞƏRTLƏR 

Azərbaycanda mühafizəçi peşəsi üzrə hazırlıq kursu başlayır – ŞƏRTLƏR 

Hazırda oxunan: Azərbaycanda mühafizəçi peşəsi üzrə hazırlıq kursu başlayır – ŞƏRTLƏR 

25780

Dövlət Məşğulluq Agentliyi (DMA) ilə “GESCO” ASC arasında əməkdaşlıq çərçivəsində “mühafizəçi” kursu təşkil olunacaq.  

Bizim.Media xəbər verir ki, bu haqda məlumat DMA-nın saytında yer alıb. 
 

MÖVZU İLƏ BAĞLI:

16 illik təcrübənin yeni ünvanı - GESCO - FOTO


Mənbə bildirir ki, kurs Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda yaşayan işsiz şəxsləri əhatə edir. 

Azərbaycan Respublikasının vətəndaşı olan, həqiqi hərbi xidməti bitirmiş, məhkumluğu olmayan,  boyu 170 sm-dən yuxarı, 20-50 yaş arasında fiziki cəhətdən tam sağlam, minimum orta təhsilli kişi namizədlər kursda təhsil almaq üçün müraciət edə bilərlər. 

Kurs müddətində işsiz şəxslərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödəniləcək və kursu müvəffəqiyyətlə bitirən şəxslər “GESCO” ASC tərəfindən mühafizəçi işi ilə təmin olunacaqlar. 

Qeyd olunan tələblərə uyğun şəxslər Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə Məşğulluq Mərkəzi filiallarına və “DOST” Mərkəzlərinə müraciət edərək qeydiyyata düşə bilərlər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO