"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi - FOTO

"Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi - FOTO

Hazırda oxunan: "Kurtlar Vadisi"nin məşhur aktyoru vəfat etdi - FOTO

257799

Türkiyənin məşhur "Kurtlar Vadisi Pusu" serialında "Cevat Akarsu" obrazı ilə tanınan aktyor Şekip Taşpınar bu gün vəfat edib.

Bizim.Media xəbər verir ki, onun ölüm xəbərini meneceri Temmuz Karikutal sosial şəbəkə vasitəsilə təsdiqləyib.

Karikutal paylaşımında bunları yazıb:

"Menecerliğini yaptığım değerli oyuncu Şekip Taşpınar'ı sabah saatlerinde kaybetmenin üzüntüsünü derinden yaşıyorum. Çok şey paylaştık. Mekanın cennet olsun ağabey..."
Şekip Taşpınar 10 Fevral 1969-cu ildə Ankarada anadan olub, Hacettepe Universiteti Dövlət Konservatoriyasını bitirib. O, 1988-ci ildən bəri teatr və televiziya səhnələrində yer alıb. "Kurtlar Vadisi Pusu" serialındakı rolundan sonra şöhret qazanıb.

2023-cü ildə o, saxta içki səbəbilə zəhərlənərək süni tənəffüs aparatına qoşulmuşdu.

O, 56 yaşında dünyasını dəyişib. (Milli.Az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO