Azərbaycanda 100 nəfərə yaxın insan ZƏHƏRLƏNİB, 3-ü dünyasını dəyişib

Azərbaycanda 100 nəfərə yaxın insan ZƏHƏRLƏNİB, 3-ü dünyasını dəyişib

Hazırda oxunan: Azərbaycanda 100 nəfərə yaxın insan ZƏHƏRLƏNİB, 3-ü dünyasını dəyişib

257714

İyun ayı ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 99 nəfər qəbul edilib.

Bu barədə Bizim.Media-ya KTM-dən məlumat verilib.
 

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 37 nəfər dərmandan, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i fosfor üzvi birləşmələrdən zəhərlənən şəxslərdir.


Həmçinin 17 nəfər ilan sancması, 7 nəfər allergik reaksiya, 2 nəfər botulizm, 1 nəfər həşərat dişləməsi səbəbilə şöbəyə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 1 qadın, 2 kişi dünyasını dəyişib.

Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO