Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində QƏRAR ÇIXARDI

Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində QƏRAR ÇIXARDI

Hazırda oxunan: Məhkəmə "Sputnik Azərbaycan" işi üzrə saxlanılan şəxslər barəsində QƏRAR ÇIXARDI

257625

Məhkəmə "Sputnik Azərbaycan" İnformasiya Agentiliyinin ofisində ötən gün polisin apardığı əməliyyat nəticəsində saxlanılan direktor İqor Kartavıx və əməkdaş Yevgeni Belousov barəsində həbs qətimkan tədbiri seçib.

Bizim.Media report-a istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsinin qərarı ilə onlar dörd ay müddətinə həbs olunublar.
 

MÖVZU İLƏ BAĞLI:

"Sputnik Azərbaycan"ın 2 əməkdaşının təqdimatına Xətai Rayon Məhkəməsində baxılacaq


Onların hər ikisi Cinayət Məcəlləsinin 178.3.1, 192.2.2, 192.2.3, 193-1.3.1, 193-1.3.2 maddələri ilə ittiham olunurlar.

Qeyd edək ki, Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 24-də bildirmişdi ki, "Rossiya Segodnya"nın (Sputnik) Azərbaycandakı nümayəndəliyi ləğv edilib.

O söyləmişdi ki, sözügedən qurum yalnız bir müxbir vasitəsilə akkreditasiyadan keçə bilər.

Ancaq buna baxmayaraq, "Sputnik Azərbaycan”ın fəaliyyətini davam etdirdiyi, əməkdaşlarının işə çıxdığı məlum olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO