Sasseks hersoqu Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın satışa çıxardığı mürəbbələrin ev istehsalı olmadığı ortaya çıxıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, həmin mürəbbələrin ABŞ-də bir fabrikdə kütləvi şəkildə istehsal olunduğu barədə məlumat yayılıb.
Bildirilir ki, Marklın “As Ever” adı ilə markalaşdırdığı və 6,50 funta (14,17 manat) satdığı mürəbbələr əslində iddia edildiyi kimi bişirilmir.
Belə ki, sözügedən mürəbbələr İllinoys ştatındakı fabrikdə hazırlanır.
Qeyd edək ki, uzun fasilədən sonra sosial mediaya qayıdan Meqan Kaliforniyadakı evində 4 yaşlı qızı Lilibetlə birlikdə qazanda qarışıq meyvələri bişirmiş və satdığı mürəbbələrin evdə hazırlandığını iddia etmişdi. (qafqazinfo.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
09:04 / 01.07.2025
Satdığı mürəbbələrin evdə hazırlandığını deyirdi, yalanmış...
Hazırda oxunan: Satdığı mürəbbələrin evdə hazırlandığını deyirdi, yalanmış...
Hazırda oxunan: Satdığı mürəbbələrin evdə hazırlandığını deyirdi, yalanmış...
257491
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.