Qarpızı qapalı su hövzələrində soyutmaq TƏHLÜKƏLİDİR

Qarpızı qapalı su hövzələrində soyutmaq TƏHLÜKƏLİDİR

Hazırda oxunan: Qarpızı qapalı su hövzələrində soyutmaq TƏHLÜKƏLİDİR

257471

Yay fəslində qarpıza tələbat artdığı dövrdə, mütəxəssislər istehlakçılara vacib xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, qarpızı çirkli, qapalı su hövzələrində soyutmaq ciddi sağlamlıq problemlərinə səbəb olur.
 

Bu cür hərəkət, meyvənin qabığında patogen mikroorqanizmlərin və çirklərin yığılmasına və hətta meyvənin daxilinə keçməsinə yol aça bilər.


Çirkli suda çoxsaylı bakteriyalar, viruslar və digər zərərli mikroorqanizmlər mövcuddur. Qarpız bu suya atıldıqda, onların hamısı meyvənin səthinə yapışır. Əgər qabığında kiçik çatlar və ya zədələr varsa, mikroorqanizmlərin içəri keçməsi daha da asanlaşır. Bu cür çirklənmə nəticəsində meyvəni yeyən şəxslərdə qida zəhərlənməsi, bağırsaq infeksiyaları və digər xəstəliklər meydana gəlir.

Xüsusilə uşaqlar bu cür infeksiyalara qarşı daha həssasdır və onların orqanizmləri belə mikroorqanizmlərə qarşı zəif müdafiə olunur, deyə xəbərdarlıqda bildirilir. (saglamolun.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO