Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO

Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO

Hazırda oxunan: Cümşüd tanınmış şirkətin əməkdaşı imiş - FOTO

257134

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, evin tək övladı olan C. Cümşüdlü "Sab Azərbaycan"nın əməkdaşı olub.

"Dərin hüznlə bildiririk ki, əməkdaşımız Cümşüd Cümşüdlü faciəvi şəkildə vəfat etmişdir. Onun vaxtsız itkisi bizi dərindən sarsıtdı. Hər zaman səmimiyyəti, məsuliyyəti və insanlığı ilə seçilən Cümşüd yaddaşımızda daim yaşayacaq.

Ailəsinə, yaxınlarına və bütün kollektivimizə səbr və qüvvət diləyirik. Allah rəhmət eləsin, ruhu şad olsun", - deyə şirkət məlumat yayıb. (metbuat.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO