Rusiyada öldürülən azərbaycanlıların sayı BEŞƏ ÇATDI

Rusiyada öldürülən azərbaycanlıların sayı BEŞƏ ÇATDI

Hazırda oxunan: Rusiyada öldürülən azərbaycanlıların sayı BEŞƏ ÇATDI

257062

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü - Səfərov Ayaz Möhbalı oğlu və onun qardaşı Səfərov Məzahir Möhbalı oğlu xəstəxanada həyatlarını itiriblər.

Bizim.Media xəbər verir ki, bu barədə “modern.az”a Səfərovlar ailəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Rusiyalı diplomat Azərbaycan XİN-ə ÇAĞIRILDI


Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.

Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin (FSB) azərbaycanlı Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində iki nəfər qətlə yetirilib, 9 nəfər saxlanılıb. Əməliyyat zamanı qətlə yetirilən iki qardaşdan biri- Hüseyn Səfərov Azərbaycan, Ziyəddin Səfərov isə Rusiya vətəndaşıdır.

Xatırladaq ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində OMON-çular tərəfindən 5 nəfər (Hüseyn Səfərov, Ziyəddin Səfərov, Ayaz Səfərov, Məzahir Səfərov və Kamal Səfərov) amansızcasına qətlə yeterilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO