Lerik rayonunun Hoveri kəndindən olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiyanın Smolensk vilayətində aşkar edilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, M.Xudaverdiyev, 1942-1943-cü illərdə II Dünya Müharibəsində iştirak edib.
2025-ci ilin fevral ayının əvvəlində Rusiyanın "Krasnoarmeets" axtarış qrupu, Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardığı ekspedisiya zamanı, səngərdən bir-birindən bir metr aralıda yerləşən dörd Qırmızı Ordu əsgərinin qalıqlarını tapıb.
Axtarış zamanı tapılan əsgərlərdən birinin şəxsiyyəti müəyyənləşib. Üzərində “M.F.Xudaverdiyev” yazılmış metal qaşıq vasitəsilə həmin əsgərin Məmməd Xudaverdiyev olduğu təsdiqlənib.
Daha sonra aparılan arxiv araşdırmaları da bu məlumatı təsdiqləyib.
M. Xudaverdiyev 1918-ci ildə Lerik rayonunun Hoveri kəndində doğulub. O, 1942-ci ildə Azərbaycan SSR-də hərbi xidmətə çağırılıb və 134-cü atıcı diviziyasının tərkibində döyüşlərdə iştirak edib.
1 iyun 1943-cü ildə Smolensk vilayətinin Verdino kəndi yaxınlığında yerləşən yüksəkliklər uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu
Sabutay, BizimMedia, cənub bürosu

- A-
- A
- A+
Cəmiyyət
20:47 / 27.06.2025
82 il sonra itkin düşmüş əsgərin qalıqları tapıldı
Hazırda oxunan: 82 il sonra itkin düşmüş əsgərin qalıqları tapıldı
Hazırda oxunan: 82 il sonra itkin düşmüş əsgərin qalıqları tapıldı
256979
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.