Xəbər verdiyimiz kimi, elm və təhsil naziri Emin Əmrullayev VIII ADA Beynəlxalq Təhsil Konfransında deyib ki, nazirlik Azərbaycan məktəblərində Çin dilinin tədrisini tətbiq etmək istəyir.
Qeyd edək ki, çin dili qrammatikası asan hesab edilsə də, əlifbası heroqlif işarələrdən ibarətdir. Hətta bu dil bəzən dünyadakı ən çətin dillər sırasına daxil edilir.
Maraqlıdır ki, çin dilinin məktəblərdə tədrisi uğurlu nəticə verə bilər?
Bizim.Media məsələylə bağlı təhsil eksperti Elçin Əfəndinin fikirlərini öyrənib. Ekspert də bu dilin məktəblərdə tədris olunmasının tərəfdarıdır:
"Bizim Çinlə müxtəlif sferalarda əlaqələrimiz gündən-günə daha da möhkəmlənir. Belə olduqda Çin dili mütəxəssislərinə ehtiyacımız yaranır. Hazırda ali təhsil müəssisələrində Çin dili və filologiyası, tərcüməçilik, regionşünaslıq istiqamətində tədris aparılır".
Elçin Əfəndi vurğulayıb ki, məktəblərdə şagirdlərə rus, fransız, alman, ingilis, ərəb dili necə tədris olunursa, çin dili də tədris olunmalıdır.
"Fars dilinin əvəzinə, çin dilinin keçirilməsinin daha məqsədəuyğun olduğunu düşünürəm. Əgər bu dil tədris olunarsa, gələcəkdə şagirdlərimizin Çin-Azərbaycan münasibətlərinə töhfə verə bilər”.
Bəs məktəblərimiz çin dilini əlifbasını öyrənməyə hazırdır?
“Başlanğıcda müəyyən qədər çətinlik yarana bilər. Ancaq bir müddət sonra prosesi tam mənimsəyə biləcəyik. Bu prosesin ilk olaraq pilot layihə kimi başlaya biləcəyini düşünürəm”, - deyə ekspert əlavə edib.
Nəzrin Mirzəyeva, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:00 / 26.06.2025
Dünyanın ən çətin dillərindən biri məktəblərdə TƏDRİS OLUNACAQ – Şagirdlər buna HAZIRDIR?
Hazırda oxunan: Dünyanın ən çətin dillərindən biri məktəblərdə TƏDRİS OLUNACAQ – Şagirdlər buna HAZIRDIR?
Hazırda oxunan: Dünyanın ən çətin dillərindən biri məktəblərdə TƏDRİS OLUNACAQ – Şagirdlər buna HAZIRDIR?
256641
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.