Tovuzda qidadan zəhərlənən 14 nəfərin SON VƏZİYYƏTİ

Tovuzda qidadan zəhərlənən 14 nəfərin SON VƏZİYYƏTİ

Hazırda oxunan: Tovuzda qidadan zəhərlənən 14 nəfərin SON VƏZİYYƏTİ

256640

Tovuzda dönərdən zəhərlənərək xəstəxanaya yerləşdirilənlərin səhhəti ilə bağlı rəsmi açıqlama verilib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu barədə TƏBİB məlumat yayıb.
 

Bu gün saat 16:55 radələrindən başlayaraq 14 nəfər (7-si kişi, 7-si qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.


Qeyd edilib ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri orta-ağır qiymətləndirilib.

Hazırda onların müalicəsi tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO