Biləsuvarda qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə magistral yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində baş verib.
“Hyundai Elantra” markalı minik avtomobili hərəkətdə olan traktorla toqquşub. Qəza zamanı avtomobildə olan sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
İlkin ehtimallara görə, hadisəyə sürücünün sükan arxasında idarəetməni itirməsi səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu