Şahin Məmmədov yeni komandan təyin edildi

Şahin Məmmədov yeni komandan təyin edildi

Hazırda oxunan: Şahin Məmmədov yeni komandan təyin edildi

256405

Ötən ilin dekabrında 1-ci dərəcəli kapitan Şahin Məmmədovun Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin edildiyi barədə xəbər yayılmışdı. İndi isə aydın olub ki, həmin vaxt sadəcə, sözügedən vəzifənin icrası müvəqqəti olaraq, Ş.Məmmədova həvalə olunub.

Bizim.Media Bakupost.az -a istinadən xəbər verir ki, bu günlərdə Azərbaycan Hərbi Dəniz Qüvvələrinə komandan təyin olunması barədə sərəncam imzalanıb.

Sərəncama əsasən, 1-ci dərəcəli kapitan Şahin Məmmədov Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı təyin edilib.

Xatırladırıq ki, Şahin Məmmədovdan əvvəl Hərbi Dəniz Qüvvələrinə vitse-admiral Sübhan Bəkirov komandanlıq edib. Mediada onun adı müxtəlif qanunsuz əməllərdə hallandırılıb.

12 mart 2020-ci ildə komandan təyin olunan Sübhan Bəkirov 2024-cü il yanvarın 12-dən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatması ilə əlaqədar ehtiyata buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO