Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

Hazırda oxunan: Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

256142

Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.

Bizim.Media xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində baş verib.

2008-ci il təvəllüdlü, 10-cu sinif şagirdi R.N. Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı yolunda yerləşən marketin qarşısında söyüş söyüb. Həmin vaxt dayanacaqda olan Cavid adlı şəxs ona söyüş söyməməyi xahiş edib və nəticədə R.N. onunla mübahisə edib. Bu vaxt yeniyetmənin dayısı həmin ərazidə olub, mübahisəyə görə Caviddən üzr istəyib.

Hadisədən sonra R.N. kəsici-deşici alətlə silahlanaraq hər gün həmin dayanacağa gələrək Cavidi gözləyib.

Bir gün Cavid dayanacaqda telefonla danışarkən yeniyetmə arxa tərəfdən yaxınlaşaraq ona ayağından bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.N. saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.


Məhkəmənin hökmü ilə R.N. 2 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il 6 ay şərti cəza verib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO