Ağsuda 14 yaşlı yeniyetməni 16 yaşlı şəxs öldürüb - DETALLAR - FOTO

Ağsuda 14 yaşlı yeniyetməni 16 yaşlı şəxs öldürüb - DETALLAR - FOTO

Hazırda oxunan: Ağsuda 14 yaşlı yeniyetməni 16 yaşlı şəxs öldürüb - DETALLAR - FOTO

25609

Ağsuda 14 yaşlı yeniyetmənin ölümündə təqsirləndirilən 2005-ci il təvəllüdlü Cabir Müseyibov həbs edilib. 

Bununla bağlı Baş Prokurorluqdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, iyunun 20-də rayon sakini 2007-ci il təvəllüdlü Nihad Məmişovun daha əvvəl almış olduğu xəsarətlər nəticəsində xəstəxanada ölməsi barədə prokurorluq orqanlarına məlumat daxil olub.

Bununla əlaqədar, Nihad Məmişovun ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Ağsu rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə başlanmış cinayət işi üzrə əməl həmin Məcəllənin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib.

İstintaqla müəyyən edilib ki, iyunun 15-də 2005-ci il təvəllüdlü Cabir Müseyibov aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı Nihad Məmişovu yumruqları ilə sifət və bədən nahiyəsindən vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Həmin xəsarətlər nəticəsində N.Məmişov stasionar müalicədə olduğu Bakı şəhər Neyrocərrahiyə xəstəxanasında ölüb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO