Prezidentin səfir təyin etdiyi Şahin Abdullayev KİMDİR? - DOSYE

Prezidentin səfir təyin etdiyi Şahin Abdullayev KİMDİR? - DOSYE

Hazırda oxunan: Prezidentin səfir təyin etdiyi Şahin Abdullayev KİMDİR? - DOSYE

255932

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

 

Onun yerinə Rəşad Fail oğlu İsmayılov təyin edilib.

 

Sfera.az yeni səfirin dosyesini təqdim edir:

 

Rəşad İsmayılov iyunun 7-si 1974-cü ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1981–1991-ci ildə Bakı şəhəri M.Rahim adına 7 saylı orta məktəbi qızıl medalla, Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və Kredit fakültəsinin məzunudur.

 

Daha sonra Həyat Qeyri-Hökumət Təşkilatı Beynəlxalq Hüquq Departamentinin rəisi olub.

 

Rəşad İsmayılova 2015-ci ildə ikinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib və Azərbaycan Respublikasının Gürcüstanın Batumi şəhərindəki Baş Konsulu təyin olunub.

 

O, Azərbaycan Respublikasının Qətər Dövlətində fövqəladə və səlahiyyətli səfiri (7 fevral 2018 — 28 dekabr 2022) olub. O, ötən ildən Azərbaycan Respublikası Xarici İslər Nazirliyinin Yaxın Şərq və Afrika İdarəsinin rəisi vəzifəsində çalışırdı.

 

Evlidir, iki övladı var

 

Firuzə Əliyeva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO