Xəbər verdiyimiz kimi, dünən Gəncə şəhəri “Mahsara bağları” adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyiti tapılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər S.Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi imiş.
Onun təmir sexində qardaşının yanında usta köməkçisi kimi işlədiyi və orada müəmmalı şəraitdə öldüyü bildirilib.
Hadisə ilə bağlı şəhər prokurorluğu tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, ötən ay Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən 18 yaşlı Elgün İbrahimov da sözügedən məktəbdə təhsil alırdı.
İlkin müayinələrdən sonra Ü.Niftəliyevin təmir sexində intihar etməsi müəyyən edilib. Onun sosial şəbəkə səhifəsində depressiv paylaşımlar etməsi, dünən də bu məzmunda post paylaşması məlum olub.
Vəfat edən məktəblinin fotosunu təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:40 / 19.06.2025
Avtomobil təmiri sexində meyiti tapılan Ümidin - Fotosu
Hazırda oxunan: Avtomobil təmiri sexində meyiti tapılan Ümidin - Fotosu
Hazırda oxunan: Avtomobil təmiri sexində meyiti tapılan Ümidin - Fotosu
255501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.