Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdi - FOTO

Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdi - FOTO

Hazırda oxunan: Bolqarıstan Milli Assambleyasının sədri Fəxri xiyabanı və Zəfər parkını ziyarət etdi - FOTO

255222

Bolqarıstan Respublikası Milli Assambleyasının sədri Nataliya Kiselovanın başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Bakıda Zəfər parkını ziyarət edərək abidə önünə əklil qoyub, gül dəstələri düzüb.
 

Qonaqlara Azərbaycan xalqının Vətən müharibəsində qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə məlumat verilib.


Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, parlamentin Bolqarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Kamran Bayramov və digər rəsmi şəxslər müşayiət ediblər.
















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO