Zaqatalada azyaşlını yük avtomobili vuraraq öldürdü

Zaqatalada azyaşlını yük avtomobili vuraraq öldürdü

Hazırda oxunan: Zaqatalada azyaşlını yük avtomobili vuraraq öldürdü

255039

Axşam radələrində Zaqatala rayonunun Muxax kəndi ərazisində bədbəxt hadisə baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, Muxax kənd sakini, 5 yaşlı Elman Sulxayev “Kamaz” markalı yük avtomobilinin altında qalıb.

Bu zaman o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Uşaq dərhal Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərilməsinə baxmayaraq, azyaşlı vəfat edib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO