Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

Hazırda oxunan: Sürücülərin NƏZƏRİNƏ – Bu küçələrdə hərəkət MƏHDUDLAŞDIRILACAQ

254562

Bakıda bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, iyunun 14–16-da paytaxtın bəzi küçə və prospektlərdə yol təmir işləri aparılacaq.
 

Bildirilib ki, təmir işləri aparılacaq ünvanlar - Səbail rayonu – Badamdar şosesi, Binəqədi rayonu – Mehdiabad–Binəqədi–Balaxanı yolunun kəsişməsi, Nərimanov rayonu – Ziya Bünyadov prospekti, Ə.Salamzadə küçəsindən Azadlıq prospekti istiqamətinə, Çingizxan mərasim evinin yanı, yan yol, Xətai rayonu – Babək prospekti, 92 nömrəli ünvanda, yan yol və maşın bazarının yaxınlığı, Yasamal rayonu – Ə.Haqverdiyev küçəsi, H.Cavid prospektindən Ş.Mehdiyev küçəsinədək, Nizami rayonu – R.Rüstəmov və E.Süleymanov küçələrinin kəsişməsidir.


Təmir işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO