Sumqayıtda yeniyetmələr arasında BIÇAQLANMA OLDU

Sumqayıtda yeniyetmələr arasında BIÇAQLANMA OLDU

Hazırda oxunan: Sumqayıtda yeniyetmələr arasında BIÇAQLANMA OLDU

254227

Sumqayıtda yeniyetmələr arasında münaqişə bıçaqlanma ilə nəticələnib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.
 

İlkin məlumata əsasən, şəhər sakini, 2008-ci il təvəllüdlü M. M. aralarında yaranmış şəxsi mübahisə zəminində 2007-ci il təvəllüdlü N. A.-ya bıçaqla xəsarət yetirib.


Yaralı dərhal Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılıb. Ona sol bel nahiyəsində daxilə nüfuz etməyən kəsilmiş yara diaqnozu qoyulub və zəruri tibbi yardım göstərilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 16 yaşlı yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO