COVID-19-un xeyri də dəyib – BU SAHƏDƏ təmizlənmə gedib

COVID-19-un xeyri də dəyib – BU SAHƏDƏ təmizlənmə gedib

Hazırda oxunan: COVID-19-un xeyri də dəyib – BU SAHƏDƏ təmizlənmə gedib

25417

Azərbaycanda ötən il atmosfer havasına 808 min ton çirkləndirici maddələr atılıb.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunun 147 min tonu stasionar mənbələrdən atmosferə atılan çirkləndirici maddələr,  661min tonu isə avtomobil nəqliyyatından atmosferə atılan çirkləndirici maddələr olub. 

2020-ci ildə daha əvvəlki illə müqayisədə atmosfer havasına buraxılan çirkləndirici maddələrin miqdarı az olub. 

Belə ki, pandemiyanın başlanmadığı 2019-cu ildə Atmosfer havasına atılan bütün çirkləndirici maddələr in miqdarı 1 milyon 122 min ton olub. Keçən ol olduğu kimi, 2019-cu ildə də bu maddələrin böyük  hissəsi - 945 min tonu  avtomobil nəqliyyatından atmosferə atılan çirkləndirici maddələr olub. 

2019-cu ildə stasionar mənbələrdən atmosferə atılan çirkləndirici maddələrin miqdarı 177 min ton olub.

Görünür, COVID-19-un “ayağı” öz varidatını dəfələrlə artıran maliyyə maqnatlarından başqa bir də ekologiyaya “düşüb”.

Xatirə, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO