Cari ilin hazırlıq planına uyğun olaraq, hərbi pilotlar aviasiya vasitələri ilə təlim-məşq uçuşlarını icra ediblər.
Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra müəyyən edilmiş marşrutlar üzrə praktiki uçuşlar yerinə yetirilib.
Hərbi pilotlar təyyarələrdə qalxma və enmə, eləcə də aşağı və orta hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqları icra ediblər. Hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən uçuşlar zamanı yüksək peşəkarlıq nümayiş etdirilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
14:46 / 11.06.2025
Hərbi pilotlarımız təlim-məşq uçuşları icra etdilər – VİDEO
Hazırda oxunan: Hərbi pilotlarımız təlim-məşq uçuşları icra etdilər – VİDEO
Hazırda oxunan: Hərbi pilotlarımız təlim-məşq uçuşları icra etdilər – VİDEO
254156
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.