Bu universitetin tədris imkanları GÜCLƏNDİRİLİB - FOTO

Bu universitetin tədris imkanları GÜCLƏNDİRİLİB - FOTO

Hazırda oxunan: Bu universitetin tədris imkanları GÜCLƏNDİRİLİB - FOTO

254145

Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Bakı Ali Neft Məktəbində (BANM) ali təhsil sisteminin inkişaf perspektivlərinə dair görüş keçirilib.

Bizim.Media xəbər verir ki, görüşdə Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, eləcə də bir qrup tələbə və məzun iştirak edib.

Görüşün əsas məqsədi ali təhsildə mövcud problemlərin, onların həlli yollarının və gələcək inkişaf istiqamətlərinin geniş müzakirəsi olub. Görüş zamanı ali təhsildə idarəetmənin səmərəliliyinin artırılması, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflər səsləndirilib.

Görüş iştirakçıları Elm və Təhsil Nazirliyinin bu təşəbbüsünü yüksək qiymətləndirib, belə formatda keçirilən görüşlərin ali təhsil müəssisələrinin inkişafında böyük rol oynadığını bildiriblər.

Görüş çərçivəsində BANM-ın rektoru Elmar Qasımov qonaqları ali təhsil müəssisəsinin maddi-texniki bazası, müasir laboratoriyaları və tədris imkanları ilə tanış edib, praktiki hazırlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO