Azərbaycanda ədliyyə generalı vəfat etdi

Azərbaycanda ədliyyə generalı vəfat etdi

Hazırda oxunan: Azərbaycanda ədliyyə generalı vəfat etdi

254000
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri, ədliyyə generalı Zahir Əlizadə bu gün - yanvarın 7-də dünyasını dəyişib.

Moderator.az xəbər verir ki, bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər.

Bildirilib ki, mərhumun vida mərasimi bu gün saat 14:00-dan 15:00-dək Təzəpir məscidində keçiriləcək. Yanvarın 9-da isə Heydər məscidində mərhumun 3 və 7 mərasimi veriləcək.

Qeyd edək ki, Zahir Məmməd oğlu Əlizadə uzun illərxa0 ədliyyə və prokurorluq orqanlarında çalışıb. Mərhum 5 sentyabr 2016-cı ildə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi təyin edilmişdi. Zahir Əlizadə daha əvvəl Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

O, “İcra hüququ” kitabının müəllifidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO