Rahib Qəribi döyüb ayağını sındırdılar - VİDEO

Rahib Qəribi döyüb ayağını sındırdılar - VİDEO

Hazırda oxunan: Rahib Qəribi döyüb ayağını sındırdılar - VİDEO

253984

Jurnalist Rahib Qəribə xəsarət yetirilib.

Bizim.Media xəbər verir ki, hadisə “Jurnalistlər binası”nda qeydə alınıb.

Orada yaşayan tanınmış jurnalist Rahib Qərib bir qrup şəxs tərəfindən döyülüb.

Şahidlərin bildirdiyinə görə, hadisə avtomobil parklanması zamanı düşən mübahisə zəminində baş verib.

Belə ki, Rahib Qərib avtomobilini park edərkən digər maşını yüngül zədələyib. Buna görə həmin avtomobilin sahibi və onun yaxınları jurnalisti döyüblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Məsələ ilə bağlı danışan R. Qərib bildirib ki, aldığı xəsarətlər səbəbilə Kliniki Tibbi Mərkəzdə müalicə alıb: “Gecə saatları “TikTok”da hərbi geyimdə canlı yayımda idim. Avtomobilimdə olan emblemi izləyicilərimə göstərmək üçün həyətə düşdüm. Səhlənkarlıq nəticəsində istəmədən qarşıdakı “Range Rover” markalı avtomobilə cüzi zədə yetirmişəm. Bunun üstündə maşının sahibi və qohumu mənimlə dalaşdı. Xəsarətlər aldım. Təcili tibbi yardım maşını ilə Kliniki Tibbi Mərkəzə aparıldım. Xəstəxanadan srağa gün buraxılmışam. Ayağım sınıb. Hazırda polis məsələni araşdırır. Sonadək gedəcəm ki, cəzalarını alsınlar”. (Lent.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO