Ləzzətli və şirəli kabab hazırlamaq üçün düzgün əti seçmək, onu marinadlamaq və bişirmək vacibdir. Kabab bir çoxumuz üçün istirahətlə assosiasiya olunur. Donuz əti seçərkən onun hansı hissəsinin konkret yeməyə daha uyğun olduğunu bilmək vacibdir. Çünki ətin quruluşu və yağlılığı son nəticəyə birbaşa təsir edir. Əslində kabab bişirmək üçün sərt və dəyişməz qaydalar yoxdur – ət istənilən növdə ola bilər, hər şey sizin zövqünüzdən asılıdır.
Bizim.Media xəbər verir ki, bununla bağlı məlumatları sizə təqdim edir:
Kabab üçün ideal hissələr – bel əti, file və boyun hissəsidir. Əgər bud hissəsini götürsəniz, kababın quru olmaması üçün daha uzun və diqqətli marinadlama tələb olunur. Ən dadlı və şirəli kabab boyun, file və bel hissəsindən alınır.
Təzə əti necə tanımaq olar?
Şübhəsiz ki, kababın ən dadlısı təzə ətdən olur. Təzə ət aşağıdakı xüsusiyyətlərlə seçilir:
Ətdə qan, selik və hər hansı maye olmamalıdır. Hər bir parça elastik və bərabər olmalıdır.
Parlaq qırmızı rəngdə olmalıdır. Ət şirəsi şəffaf olmalıdır. Qoxusu xoş və narahatlıq yaratmayan olmalıdır. Ətin sıxlığı yaxşı olmalı, barmaqla basıldıqda tez bərpa olunmalıdır. (lent.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
13:09 / 10.06.2025
Ən dadlı və şirəli kabab bu ət növündən alınır
Hazırda oxunan: Ən dadlı və şirəli kabab bu ət növündən alınır
Hazırda oxunan: Ən dadlı və şirəli kabab bu ət növündən alınır
253934
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.