Akademik Milli Dram Teatr ətrafında baş verən qalmaqal daha da qızışmağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu qalmaqala Xalq artisti, Gənc Tamaçılar Teatrının aktrisası Naibə Allahverdiyeva da qoşulub.
Aktrisa "AzDrama"nın bədii rəhbəri Mehriban Ələkbərzadənin televiziya verilişlərinin birinə verdiyi müsahibəsində "Aktyor nadinc uşaq kimidir, yeri gələndə əlinin üstündən vurmalısan, səsini qaldırmalısan" sözlərinə sərt reaksiya verib:
"Heç bir bədii rəhbərin, baş rejissorun haqqı yoxdur ki, bütün həyatını sənətə həsr etmiş bir aktyoru alçaltsın, əlini vurub təhqir etsin, üstünə qışqırsın və ya onu baltalasın (öz müsahibəsində dediyi kimi).
Siz kimsiniz? Dövlət sizə etimad göstərib, bir vəzifə veribsə, bu o demək deyil ki, siz bu etimaddan sui-istifadə edib sənətkarların əsəbləri ilə oynamalısınız!
Unutmayın: siz Dövlət Teatrında işləyirsiniz! Bu, şəxsi mülkünüz deyil!
Artıq səbr tükənir, əsəblər tarıma çəkilir!". (Musavat.com)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:39 / 10.06.2025
"AzDrama" qalmaqalına Naibə Allahverdiyeva da qoşuldu
Hazırda oxunan: "AzDrama" qalmaqalına Naibə Allahverdiyeva da qoşuldu
Hazırda oxunan: "AzDrama" qalmaqalına Naibə Allahverdiyeva da qoşuldu
253894
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.